14 Fev
2020
12:47
589

14
Fev
12:47



Azərbaycan milli komandası Karate1 Premyer Liqa turnirində iştirak edəcək

Azərbaycan milli komandası 14-16 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər.

Azərbaycan Milli Karate Federasiyasından Xeberoxu.az-a verilən məlumata görə, mövsümün 2-ci mərhələsinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbrliyi ilə 14 idmançı yollanıb. Baş məşqçi Bahəddin Kandaz, böyük məşçqilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov trunirdə kumiteçilərdən Firdovsi Fərzəliyevi (-60 kq), Rafiz Həsənovu və Tural Ağalarzadəni (-67 kq), Rafael Ağayevi (-75 kq), Ayxan Mamayevi, Pənah Abdullayevi və Turqut Həsənovu (-84 kq), eləcə də Nuranə Əliyevanı (-50 kq), İlahə Qasımovanı (-55 kq), İrina Zaretskanı (-68 kq) və Fəridə Əliyevanı (+68 kq) müşayiət edəcək.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə yalnız Roman Heydərov çıxışına üstünlük verib. Dubay Premyer Liqasını idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq. Nüfuzlu yarışda 85 ölkədən 571 karateçi yarışacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.