Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
17:15
862

14
Yan
17:15



Azərbaycan turizmini dünyada tanıdan jurnalın təqdimatı keçirilib

Bu gün Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” tanıtım jurnalının ictimaiyyətə təqdimat mərasimi keçirilib.

Xeberoxu.Az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan haqda ətraflı məlumat təqdim etdiyini bildirərək təbliğat metodu olaraq nəşrlərin rolunun mühümlüyündən danışıb.

Tədbirdə diqqətə çatdırılıb ki, 15 min tirajla yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunur.

Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat təqdim olunur.

Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan jurnal Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərində, beynəxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərdə paylanılır.

Qeyd edək ki, jurnalı onlayn formada http://bit.ly/35Qn8qu keçidindən istifadə edərək pulsuz əldə etmək mümkündür. 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nərminin qatilinə qarşı yeni ittiham irəli sürüldü







Xırdalanda maşın iki şagirdi vurdu - Qəza anının videosu







Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib







Elmar Məmmədyarov: Çili ilə ikitərəfli və çoxtərəfli dialoq inkişaf edir


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.