Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Avq
2019
14:58
699

12
Avq
14:58




Azərbaycan və Çin dəmir yolu sahəsində əməkdaşlıq edə bilər

İqtisadiyyat naziri Şahin Mustafayev Çin Dəmiryolu İnşaatı Korporasiyası nəzdində Çin Mülki Mühəndislik Tikinti Korporasiyasının Avrasiya üzrə Xarici İnvestisiya İşləri departamentinin baş direktoru Yanq Aymin ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyini və ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu vurğulayıb.

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, İKT, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən İqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Çində Azərbaycanın ticarət nümayəndəliyi, ticarət və şərab evləri fəaliyyət göstərir. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ikitərəfli əməkdaşlığın genişləndirilməsində önəmli rol oynayır.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev qeyri-neft sektorunun, o cümlədən tikinti sektorunun Azərbaycanda uğurla inkişaf etdiyini, ölkəmizin bu sahədə dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda marağını diqqətə çatdırıb. Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan Çin Mülki Mühəndislik Tikinti Korporasiyası ilə əlaqələrin inkişafı üçün potensial genişdir.

Ş.Mustafayev ölkəmizdəki yol infrastrukturunun və dəmir yolları şəbəkəsinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verərək, Çin Mülki Mühəndislik Tikinti Korporasiyasını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmaqla birgə əməkdaşlığa dəvət edib.

Çin Mülki Mühəndislik Tikinti Korporasiyasının Avrasiya üzrə Xarici İnvestisiya İşləri departamentinin baş direktoru Yanq Aymin Korporasiyanın 100-dən çox ölkədə fəaliyyət göstərdiyini, əsasən yüksək sürətli dəmir yollarının inşası, hava limanlarının, metro, port və elektrik stansiyalarının tikintisi sahəsində ixtisaslaşdığını diqqətə çatdırıb. Yanq Aymin təmsil etdiyi Korporasiyanın Azərbaycanda uğurla reallaşdırılan infrastruktur layihələrində iştirak etməkdə maraqlı olduğunu qeyd edib.

Görüşdə Çin Dəmiryolu İnşaatı Korporasiyası ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az