Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
08:55
768



Azərbaycan və ABŞ yığmaları arasında yoldaşlıq görüşü keçirilib

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığması Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Güləş Federasiyasından (AGF) XeberOxu.az-a bildiriblər ki, millimiz iyulun 3-dən Bakıda olan ABŞ-ın müvafiq komandası ilə birgə hazırlıq keçir. İyulun 6-da tərəflərin razılığına əsasən təlim-məşq bazasında komandalar arasında yoldaşlıq görüşü olub.

AGF-nın rəhbər şəxslərinin canlı izlədiyi, beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalar kifayət qədər maraqlı mübarizə şəraitində keçib. Yekunda yığmamız 12:2 hesablı qələbəyə sevinib.

Qonaq komandanın baş məşqçisi, Olimpiya çempionu Con Peterson AGF-nin rəsmi saytına açıqlama verib: “Bir neçə gündür ki, Bakıda yığmanızla birgə toplanış keçiririk. Bizim güləşçilər burada pəhləvanlarınızdan çox şey öyrənir. Bu baxımdan təlim-məşq toplanışından çox razıyam. Bu, Bakıya ilk səfərim deyil. Hələ SSRİ dövründə Azərbaycanda olmuşdum. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatı zamanı da ölkənizə səfər etmişdim. Onu deyə bilərəm ki, insanlarınız əvvəl necə qonaqpərvər idisə, indi də elədir”.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az