Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
21:50
888

13
Iyul
21:50



Azərbaycan və Koreya arxeoloqları arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu, Seul Milli Universiteti və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi tərəfindən arxeologiya sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

XeberOxu.az-ın məlumatına görə, mərasimdə institutun və SEBA-nın əməkdaşları, həmçinin Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Jae-Vung və Seul Milli Universitetinin professoru Kim Jong-İl iştirak ediblər.

Tədbiri SEBA-nın sədri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova açaraq 10 ildən çox bir müddətdə Azərbaycan və Koreya arxeoloqlarının Qəbələdə müxtəlif tarixi dövrlərə aid birgə tədqiqatlar apardıqlarını bildirib. O, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin beynəlxalq elmi araşdırmalar üçün geniş imkanlar açdığını vurğulayıb.

Sonra çıxış edən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova qonaqlara rəhbərlik etdiyi müəssisə barədə məlumat verib. Qeyd edib ki, bu gün ölkəmizdə 10-dan artıq beynəlxalq arxeoloji ekspedisiya fəaliyyət göstərir və tədqiqatların nəticələri dünyanın tanınmış elmi jurnallarında dərc olunur. Alim ötən 10 il ərzində koreyalı mütəxəssislərlə birgə abidələrin tədqiqatını, restavrasiya və konservasiyasını apardıqlarını söyləyib.

Seul Milli Universitetinin professoru Kim Jong-İl isə Azərbaycanın dünya elmi üçün böyük əhəmiyyətə malik arxeoloji abidələrlə zəngin olduğunu deyib, Qəbələdə aparılan araşdırmaların nəticəsinin bunu sübut etdiyini bildirib.

Tədbir çərçivəsində, həmçinin qarşıda duran birgə fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Daha sonra tərəflər arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tədqiqatların növbəti 3 ildə davam etdirilməsi, tədqiqat planlarının, hesabatların qarşılıqlı məsləhətləşmələr və razılıq əsasında tərtibi, arxeometrik araşdırmaların və əldə olunan nəticələrin birgə nəşri, tədqiqatlara gənc mütəxəssislərin və tələbələrin cəlb edilməsi nəzərdə tutulur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az