# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
13:30
877

22
May
13:30



Azərbaycan və Laos XİN başçıları arasında məktub mübadiləsi olub

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov və Laos Xalq Demokratik Respublikasının Xarici işlər naziri Salımsay Kommasit iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Xarici İşlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov məktubunda ilk olaraq Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Salımsay Kommasitə ən səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Nazir, iki ölkə arasında qarşılıqlı anlaşma, müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət əsasında qurulmuş münasibətlərin və əməkdaşlığın gələcək illərdə də inkişaf edəcəyindən əmin olduğunu ifadə edib.

Məktubda Azərbaycanın ilə Laos arasında mövcud dialoq və əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb və qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub.

Sonda, nazir Məmmədyarov qarşı tərəfi Azərbaycan Respublikasına səfər etməyə dəvət edib və Laos xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıb.

Öz tərəfindən, Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasit Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə nazir Elmar Məmmədyarova səmimi təbriklərini çatdırıb.

Laos naziri ötən 25 il ərzində ölkələr arasında dostluq münasibətləri və səmərəli əməkdaşlığın ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişafını və genişləndiyini qeyd edib. Böyük səylər sayəsində ölkə və xalqların həqiqi mənafeyi naminə bölgədə, habelə bütün dünyada sülh, sabitlik və əməkdaşlığın inkişafı məqsədilə Laos ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ruhundakı əlaqələrin bundan sonra da möhkəmlənərək genişlənəcəyindən əmin olduğunu ifadə edib.

Sonda nazir Salımsay Kommasit nazir Elmar Məmmədyarova və bütün XİN kollektivinə möhkəm cansağlığı, şəxsi firavanlıq və gələcək fəaliyyətdə uğurlar arzulayıb.

Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.