Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
20:17
279

02
Dek
20:17



Azərbaycan və Qətər arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Qətərin paytaxtı Dohada Azərbaycan və Qətər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

Bu barədə Xeberoxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan tərəfini Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, qarşı tərəfi isə Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət Naziri Sultan bin Səd Əl-Mureyxi təmsil edib.

İclas zamanı Azərbaycan və Qətər ikitərəfli əməkdaşlığının bir sıra məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, turizm, elm-təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.

Qətərin Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Səd Əl-Mureyxi hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclasının Doha şəhərində baş tutmasının sevindirici hal kimi qiymətləndirərək, bu görüşlərin gündəmdə olan mühüm məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını diqqətə çatdırıb. S.Əl-Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına böyük önəm verdiyini diqqətə çatdıraraq, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Öz növbəsində, Azərbaycan Xarici İşlər nazirinin müavini R.Həsənov Azərbaycan ilə Qətər arasında yüksək səviyyəli siyasi əlaqələrin mövcudluğunu qeyd edərək, siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafı və diplomatik əlaqələrin daha da gücləndirilməsində roluna toxunub. Nazir müavini iki ölkə arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin əhəmiyyətindən bəhs edərək, bu xüsusda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfərlərini qeyd edib. R.Həsənov, həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və həyata keçirilən tədbirlər barədə müqabil tərəfə məlumat verib.

Öz növbəsində nazir müavini R.Həsənov Ermənistanın işğalçı siyasətinin bölgədə təhlükəsizliyə ciddi hədə olduğunun bildirərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyəti və danışıqlar prosesi barədə müqabil tərəfə müfəssəl məlumat verib. Nazir müavini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi, eləcə də qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən BMT TŞ, həmçinin digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarını xatırladıb. Bu xüsusda, R.Həsənov münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllində Azərbaycanın yanında olduğuna görə Qətər Dövlətinə minnətdarlığını ifadə edib.

Öz növbəsində, S.Əl-Mureyxi Qətərin BMT TŞ-nin müvafiq qətnamələrini tam dəstəklədiyini və münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. O, münaqişənin təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitlik üçün təhlükə yaratdığı fikri ilə razılaşaraq, münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd etdi. S.Əl-Mureyxi bildirdi ki, Qətər məsələ ilə əlaqədar bütün qərar və qətnamələrdə Azərbaycanın yanında olmuş və bundan sonra da olacaq.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, siyasi məsləhətləşmələrin hər il keçirilməsi barədə razılıq əldə olunub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qəzada ölən məktəblilərin kimliyi məlum olub







“İstəməzdim ki, Çingizin adı bu işdə hallansın” - Mirşahin







“Bizi 4 dəfə səhnəyə qaytardılar...”







Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.