RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyun
2019
16:50
330



Gədəbəydə 22.2 km uzunluğa malik avtomobil yolları yenidən qurulur

Gədəbəy rayonunda 22.2 km uzunluğa malik avtomobil yolları yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Xeberoxu.az-a verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu 16 km uzunluğa malik Arıqdam-Soyuqbulaq və 6.2 km uzunluğa malik Soyuqbulaq-Günəşli avtomobil yollarıdır.

Yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, yolun 2840 metr hissəsi ortalama 1.5 metr dərinlikdə yararsız vəziyyətə düşmüşdü. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun 14 km-lik hissəsində normativ eni almaq üçün dağ yamacları mexanizmlə kəsilərək yolda geişləndirmə işləri aparılıb, bəzi hissələrdə torpaq yatağının 1 metr qalınlıqda yuyularaq azalmış hissələri xüsusi qrup qruntla doldurub, bundan başqa yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb və əks dolğu işləri görülərək yeni torpaq yatağı inşa edilib.

Mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün layihə çərçivəsində yenilənməsi işləri də aparılır. Belə ki, yol boyu müxtəlif diametrlərə malik 242 paqon-metr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılıb izolyasiya olunur. Bundan başqa, yolun qazma hissəsində mövcud küvetlər tam dolduğu üçün 14 590 paqon-metr uzunluğunda küvetlər təmizlənir.

Bunun ardınca torpaq yatağı profilə salınaraq yol əsasının inşası işləri aparılıb. Karxana çınqılı ilə əsasın alt, optimal qum-qırmadaş qarışığı ilə isə əsasın üst layı inşa edilib.

Hazırda yolun 130 min kv.m-dən çox sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yol kənarında 1090 paqon-metr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş







Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb-FOTO







Dənizçilər peşə bayramını qeyd edirlər







Prezident İlham Əliyev Sənubər İsgəndərliyə ev hədiyyə edib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az