RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyun
2019
18:20
420



Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2019/2020-ci tədris ili üçün aşağıdakı istiqamətlər üzrə tələbə qəbulu elan edir (bakalavr pilləsi, rus dilində təhsil, əyani şöbə):

Bundan əvvəl Azərbaycan Respublikası (AR) büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız dövlət sifarişi ilə ayrılmış yerlərə iddia edirlər və qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. MDU-nun Bakı filialının bakalavr pilləsinə daxil olmaq istəyən şəxslər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yaz qəbul imtahanlarında (12 may və 19 may 2019-cu il) hər hansı bir ixtisas qrupu üzrə 150 və ya daha çox bal toplamalıdırlar.

Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, həmçinin vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi qəbul sınaqlarına DİM-in keçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar.

Azərbaycan vətəndaşları üçün bakalavr pilləsi üzrə illik təhsil haqqı 1750 manat, xarici vətəndaşlar üçün isə 1100 ş.v. təşkil edir.

Bakalavr pilləsinə ərizə qəbulu elektron qaydada 29 may 2019-cu ildən 28 iyun 2019-cu ilədək (qeydiyyat 12:00-da yekunlaşacaq) keçirilir. Ərizəni Filialın http://msu.az saytında və yaxud DİM-in http://dim.gov.az/saytında vermək olar.

İmtahanqabağı məsləhət və imtahan günlərində Filiala qəbul olmaq istəyən şəxslərin üzərində aşağıdakı sənədlər olmalıdır:

- Şəxsiyyəti təsdiq edən sənəd; Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi.

- Birinci məsləhət və birinci imtahan zamanı abituriyent özü ilə şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsindən əlavə, orta məktəbi müvəffəqiyyətlə bitirməsi haqqında attestat və ya məktəbdən arayış (attestat olmadığı halda) gətirməlidir.

Bütün məsləhət saatları və imtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəs, Universitet küç.,1 ünvanında keçiriləcək.

Miqrasiya Xidməti tərəfindən verilən daimi (seriya DYİ) və ya müvəqqəti yaşayış (seriya MYİ) haqqında sənədi olan xarici vətəndaşlar qeydiyyat zamanı bu sənədin seriya və nömrəsini göstərməlidirlər.

Yuxarıda göstərilən sənədləri olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində xarici pasportun məlumatlarını göstərməli və Filiala 2-4 iyul 2019-cu il tarixlərində (2 iyul saat 10:00-dan 17:00-dək və 3-4 iyul tarixlərində saat 10:00-dan 12:00-dək) Bakı şəhəri, Binəqədi r-nu, Xocahəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanına şəxsən gələrək imtahana buraxılış vərəqəsini və ərizəni təsdiqləməlidirlər.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb edilir:

  • Şəxsiyyəti təsdiq edən sənəd;
  • Azərbaycan Respublikasının Miqrasiya Xidməti tərəfindən verilmiş və qəbulda iştirak edəninAzərbaycan Respublikasının vətəndaşı olmadığını təsdiq edən sənəd. Nəzərinizə çatdırırıq ki, bu sənədin verilməsinə 20 gün vaxt tələb olunur.
  • Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi;
  • Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan ərizəsi;
  • Ümumi orta təhsil, orta peşə təhsili və ya ali təhsil haqqında sənədin əsli və əgər sənəd Azərbaycan Respublikası və ya Rusiya Federasiyası tərəfindən verilməyibsə, notarial qaydada rus dilində tərcüməsi;
  • 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda).

Qəbulla bağlı bütün məlumatlar, o cümlədən sənəd qəbulunun müddəti, qəbul sınaqlarının tarixləri, həmçinin siyahılar MDU-nun Bakı Filialının http://msu.az/ saytında və məlumat stendlərində yerləşdirilir.

Aşağıdakı məlumata diqqət yetirilməsi xahiş olunur:

Filialın qəbul imtahanlarından keçə bilməyən abituriyentlər DİM-in digər ali məktəblərə keçirdiyi müsabiqədə iştirak edə bilərlər; Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər; Filialda təhsil prosesi M.V. Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir; Dərslər, əsasən, M.V. Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır; Filialın məzunlarına MDU-nun diplomu verilir.

E-mail: pk@msu.az

Əlaqə nömrəsi: +99412 409 33 71

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Azərişıq"da struktur dəyişikliyi - Yeni departament yaradıldı







Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır







Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib







Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az