Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Iyun
2019
18:22
1101

11
Iyun
18:22




Bu yay Azərbaycandan xaricə gedənlərin sayında artım olacaq

Turizm şirkətlərinin məlumatlarına əsasən bu il yay mövsümündə Azərbaycandan xaricə gedənlərin sayında, demək olar ki, artım olacaq.

Bunu Xeberoxu.az-a Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, ötən illərdə olduğu kimi bu il də Azərbaycan turistlərinin əsas səfər edəcəyi ölkə Türkiyə olacaq.

N.Bağırov əlavə edib ki, 2015-ci ildə manatın devalvasiyası Azərbaycandan xaricə gedənlərin sayına təsir etmişdi. Manatın devalvasiyasından sonrakı ilk illərdə göstəricilərin səviyyəsi azalsa da, ötən ildən ölkəmizdən xaricə gedənlərin sayı çoxalıb.

Assosiasiya sədri onu da əlavə edib ki, Azərbaycan turistləri arasında səfərlərin əvvəlcədən planlaşdırılması və bronetmə populyarlaşıb.

Onun sözlərinə görə, əvvəllər isə xaricə gedən Azərbaycan turistləri son anda səfərləri üçün yer bron edirdilər:

“Artıq turistlər 3-4 ay əvvəldən səfərlərinin vaxtını müəyyən edir, yerlərini bron edirlər. Bu da onu göstərir ki, turistlər arasında artıq yeni mədəniyyət formalaşıb”.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 731,6 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xaricə səyahət edən ölkə vətəndaşlarının 36,5 faizi İrana, 26,2 faizi Gürcüstana, 18,4 faizi Rusiyaya, 9,8 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 7 faizi isə digər ölkələrə səfər edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az