RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyun
2019
18:24
693



AzMİU ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında memorandum imzalanıb

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb.

Universitetdən Xeberoxu.az-a verilən məlumata görə, imzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov, Ukraynadan gələn nümayəndə heyəti, Ukraynanın ölkəmizdəki səfirliyinin 1-ci katibi Qeorgiy Selski və universitetin professor-müəllim heyəti iştirak edib.

Mərasimi giriş sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova qonaqları salamlayıb. Rəhbərlik etdiyi təhsil müəssisəsi barədə qonaqlara ətarflı məlumat verən rektor universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı hədəflərini açıqlayıb. O, AzMİU-nun geniş beynəlxalq əlaqələrinə toxunub, beynəlxalq mübadilə proqramları çərçivəsində Avropa, Asiya universitetləri ilə faydalı əməkdaşlıq münasibətlərindən danışıb. Rektor Azərbaycan universitetlərinin beynəlmiləlləşdirilməsi, Avropa təhsilinə inteqrasiyasiyası ilə bağlı ölkə prezidentinin son dövrlərdə imzaladığı sərəncamları xatırladıb və bu günki mərasimin bu istəklərə cavab verdiyini vurğulayıb. Qonaqların səfərinin əhəmiyyətini qeyd edən rektor onun əlaqələrin daha da genişlənməsinə təkan olacağını deyib.

AzMİU-da olmasından məmnunluğunu ifadə edən Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov da universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb. Digər qonaqlar – İnnovativ təhsil institutunun direktoru, professor Aleksandr Nikityuk, Layihələrin idarə olunması kafedrasının müdiri, professor Sergey Buşuyev AzMİU ilə əlaqələrin qurulması və genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb, eyni ixtisaslarda tələbə və müəllimlərin mübadiləsi və birgə layihələrin işlənməsinin əhəmiyyətinə toxunublar.

Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq AzMİU ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb. Memorandumda birgə proqramlar, seminar, simpozium, konfrans və layihələrin keçirilməsi, müəllim və tələbə mübadilələri, ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb. Sənəddə vurğulanıb ki, tərəflər təhsil, elmi tədqiqatlar, inzibati idarəetmə daxil olmaqla qarşılıqlı maraq doğuran bütün tədris sahələrində əməkdaşlıq və mubadilə yaratmağa səy göstərirlər.

İmzalanma mərasimindən sonra qonaqlar AzMİU-nu gəzib, universitetin maddi-texniki bazası, laboratoriya, studiya və tədqiqat mərkəzləri ilə tanış olublar.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az