Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



03 Fev
2023
11:34
543
03
Fev
11:34



Azərbaycana 19 sm qar yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-nə olan məlumatına əsasən hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Xeberoxu.Az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı İsmayıllı, Şamaxı, Qaxda 13.0 mm, Ağsu, Xaltanda 12.0 mm, Altıağacda 11.0 mm, Balakən, Qəbələ, Şahdağ, Şəkidə 10.0 mm, Ağdərə, Qobustanda 9.0 mm, Zaqatalada 8.0 mm, Oğuzda 7.0 mm, digər rayonlarda 1.0-6.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Dağlıq və dağətəyi rayonlarda müşahidə olunan qar nəticəsində qar örtüyü əmələ gəlib, hündürlüyü: Qaxda 19 sm, Altıağacda 17 sm, Xaltanda 12 sm, Şahdağ, Qrızda 10 sm, Şamaxıda 6 sm, Qobustanda 4 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.

Duman: Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Hacıqabul, Biləsuvar, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Külək: Şimal-qərb küləyi Tərtər, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 18 m/s-dək güclənib.

Havanın temperaturu: fevralın 3-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvanda 5°-dək şaxta, dağlıq rayonlarda 11°-dək şaxta, aran rayonlarında 3-6° isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti fevralın 03-ü axşamadək davam edəcək, 04-ü havanın mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Xeberoxu.az

Məqalə:     #Azərbaycana    #qar    #yağıb    #FAKTİKİ    #HAVA  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Hava Proqnozu xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə








© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.