# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
13:26
665

25
Mart
13:26



Azərbaycanda 60 yaşdan yuxarı vəkillər üzvlük haqqından azad edildi

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti koronavirusla bağlı əlavə preventiv tədbirlər barədə qərar qəbul edib.

Kollegiyadan Xeberoxu.az-a verilən məlumata görə, qərarda bildirilir ki, ölkəmizdə koronavirus infeksiyası ilə bağlı vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23.03.2020-ci il tarixli qərarını nəzərə alaraq 60 və daha yuxarı yaşlı vəkillər karantin dövründə üzvlük haqqından azad olunsun, karantin dövründə 60 və daha yuxarı yaşlı vəkillər vəkil qurumlarında növbətçiliyə cəlb olunmasın, bütün vəkillər öz müvəkkilləri ilə, habelə digər şəxslərlə ünsiyyətdə İKT texnologiyalarından və elektron rabitə vasitələrindən istifadəyə üstünlük versinlər, karantin dövründə müqavilələrin elektron qaydada bağlanılmasına icazə verilsin (müqavilələr imzalandıqdan sonra skan edilməklə tərəflər arasında elektron poçt və ya digər elektron üsullarla göndərilməklə), vəkil qurumları iş rejimlərini maksimum dərəcədə məhdudlaşdırsınlar, zəruri hallarda vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı və vəkil qurumları vətəndaşlara vəkillərin elektron reyestri vasitəsilə vəkil seçmək imkanlarını izah etsinlər.

Qərarda göstərilir ki, qətimkan tədbirinin seçilməsi ilə bağlı işlər əgər 60 və daha yuxarı yaşlı vəkillərin icraatında olarsa və bu işlər karantin dövrünə düşərsə, müvəkkilin konfedisiallıqla bağlı razılığı alınaraq həmin işlər vəkil qurumlarının digər vəkillərinə həvalə edilsin, vəkillərə özünüqoruma vasitələrindən - maskalardan, antibakterial mayelərdən istifadə etmələri bir daha bildirilsin, Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı tanış olmaları üçün bu qərarı vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin diqqətinə çatdırsın.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.