# EVDƏQAL
# EVDƏQAL



16 May
2020
14:35
2743

16
May
14:35



Azərbaycanda avtomobil yolları üzrə gəlir və xərclər açıqlanıb

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu üzrə gəlirlərin məbləği açıqlanıb.

XeberOxu.Az-ın məlumatına görə,  2019-cu ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri üzrə daxilolmalar 351,2 milyon manat, o cümlədən yol vergisi üzrə 118,9 milyon manat, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi üzrə 6,3 milyon manat, idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu üzrə 192,5 milyon manat, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumu üzrə 33,5 milyon manat vəsait daxil olub.

2019-cu ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri üzrə icra tam məbləğdə və ya 302,0 milyon manat təşkil edib ki, bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına yönəldilib.

2019-cu ilin sonuna “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 49,2 milyon manat təşkil edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.