Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Iyul
2019
18:23
1902



Bakıda qadını döyüb evini qarət edənlərə 39 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ələddin Muradov, Orxan Məmmədov və Şamxal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XeberOxu.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ələddin Muradov 13 il 6 ay, Orxan Məmmədov 13 il, Şamxal Həsənov isə 12 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin mart ayında Binəqədi rayonunda dəstə üzvləri Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq etməklə bədən xəsarətləri yetiriblər. Onlar mənzildən, əsasən, qızıl-zinət əşyaları olmaqla, ümumilikdə 11 min 376 manatlıq oğurluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsə xəsarət yetirməklə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az