06 Avq 2019
08:00
![]() |
06
Avq 08:00
![]() Bu pəhrizin xərçənglə mübarizədə effekti sübut olundu - Elmi ARAŞDIRMA ABŞ Tibb universitetinin mütəxəssis qrupu bir neçə müddətdir apardıqları elmi təcrübənin nəticələrini tibbi dərgidə nəşr ediblər. Onlar laboratoriya siçanları üzərində xüsusi qidalanmanın xərçəngə təsirini araşdırıblar. XeberOxu.az medicina.az-a istinadən bildirir ki, söhbət metionin adlı aminturşusunun təsirindən gedir. Metionin insan orqanizminin özü tərəfindən hasil olunmur, yalnız qida ilə daxil olur. Heyvan və bitki zülallarının tərkibindədir: yumurta, ət, süd, qoz və s. Bu turşu orqanizmin 80% biokimyəvi reaksiyalarında vacibdir. Amma bəzi elmi mənbələrdə bildirilirdi ki. insan və heyvanı qocaldan və kökəldən də elə bu turşudur. Elmi rəhbər Ceyson Lokazel bağırsaq xərçəngi və sarkomaya yoluxdurulmuş siçanlar üzərində müalicəvi pəhrizi sınayıb. Onlara məhz bu metionin turşusu az olan dieta təyin edilir. Alim bildirir ki, metionin şiş hüceyrələrini artıran bioloji prosesdə təkanverici rol oynanır. Məhz bu dietadan sonra siçanlara xərçəngə qarşı müalicə metodları effekt verməyə başladı və şiş kiçildi. Belə ki, metionin defisiti zamanı şiş hüceyrələri aclıq keçirir, böyümür, qidalanmır, zəifləyərək kimyaterapiya və şüa müalicəsinə boyun əyir. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Yevda Abramovun dəfn mərasimi niyə gecikir?
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı
Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |