Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Avq
2019
05:05
1290

06
Avq
05:05



Avropada hökm sürən isti hava şəraiti Norveçdə buzlaqların sürətlə əriməsinə gətirib çıxarıb

Avropada hökm sürən isti hava şəraiti Norveçdə buzlaqların sürətlə əriməsinə gətirib çıxarıb.

XeberOxu.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçıların sözlərinə görə, temperaturun bundan sonrakı artımı ölkə ərazisində yerləşən buzlaqların böyük hissəsinin yox olması ilə nəticələnə bilər. Beqen Universitetinin geologiya üzrə professoru Atle Nesye jurnalistlərə müsahibəsində deyib: "Son günlər buzlaqların nəzərəçarpacaq dərəcədə sürətlə əriməsi baş verir".

Mütəxəssislər, həmçinin qeyd edirlər ki, buzlaqların gələcəyi üçün də narahatlığa zəmin var. Belə ki, hazırkı temperatur saxlanılarsa, o zaman buzlaqların böyük hissəsi növbəti 20-50 ildə məhv olacaq. Alimlərin fikrincə, buzlaqlar iqlimin indikatorudur və onun dəyişikliyinə çox həssasdırlar.

Tədqiqatçılar Norveçdə buzlaqların əriməsinin uzunmüddətli perspektivdə qar suyunun miqdarının azalması ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq da edirlər. Bu isə, öz növbəsində, irriqasiya və kənd təsərrüfatı üçün mənfi nəticələrə gətirib çıxara, bəzi su anbarları tamamilə yox ola bilər. Bundan başqa, Norveçdə bəzi istilik elektrik stansiyalarının fəaliyyətində buzlaqların suyundan istifadə olunur.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az