Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Avq
2019
05:31
1319

06
Avq
05:31



Beyninizi tükəndirən 4 “zərərsiz” vərdiş

Xəbərlərin yoxlanılması

İnsanların əksəriyyəti dünyada nələrin baş verdiyini bilmək istəyir. Əvvəllər bunun üçün axşam xəbər buraxılışını və ya səhər qəzetini gözləmək lazım gəlirdi. İndi telefonlar sayəsində bütün təcili xəbərlərə çıxışımız var. Və bu bizə xəbərləri daim yoxlamağı və son hadisələrdən xəbərdar olmağa çalışmağı öyrətdi. 

Bir çoxları sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağın daha yaxşı olduğunu başa düşürlər. Bəziləri telefona gələn bildirişləri bağlayır, bir sıra tətbiqlərdən imtina edir və xəbər lentini oxumağa xüsusi vaxt ayırır. 

Lakin xəbər saytlarından və tətbiqlərdən uzaqlaşmaq kifayət qədər çətindir. Asurion 2018sorğusu göstərdi ki, insanlar öz telefonunu orta hesabla hər 12 dəqiqədən bir yoxlayırlar. Və burada siz təkcə vaxtınızı itirmirsiniz. 

Belə ki, nevrologiya mütəxəssisləri çoxdan sübut edə biliblər ki, gün ərzində internetdə oxuduğumuz neqativ xəbərlər bizim konsentrasiyamıza mənfi təsir göstərirlər. Amerikanın Psixologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, xəbərlər insanların 56%-də stressə səbəb olur. 

Əlbəttə ki, xəbərləri oxumaqdan tam olaraq imtina edə bilmərik. Müəyyən məhdudiyyətləri tətbiq etməyiniz tövsiyə olunur, məsələn, lazımsız tətbiqləri silə bilərsiniz. 

Özünüzü başqaları ilə müqayisə etmək

Bu vərdiş dünya qədər qədimdir. Sosial şəbəkələrin yaranması ilə müqayisə üçün daha çox səbəbimiz var. Özümüzü ətrafımızdakılarla müqayisə etmək insan təbiətinə xasdır. 

Müasir dövrdə müqayisə bizim tərəqqimizi ləngidir. Bu yalnız sizdən daha uğurlu olan insanlara deyil, həmçinin sizdən daha az uğurlu olan insanlarla müqayisə nəticəsində olur. Hər iki müqayisə bizim koqnitiv bacarıqlara mənfi təsir göstərir. Özümüzü uğursuz insanlarla müqayisə edərək, sadəcə öz statusumuzu təsdiqləmiş oluruq. Bizdən daha uğurlu olan insanlarla müqayisə isə paxıllıq oyadır və özünəgüvənmə hissinə zərbə vurmuş olur. 

Özünüzü kimsə ilə müqayisə etmək vərdişindən yaxa qurtarmaq üçün sosial şəbəkədəki xəbər lentini qaydaya salmalısınız – paxıllıq etdiyiniz insanları oradan çıxarın.

Real həyatda da daima özünüzü kimsə ilə müqayisə edirsinizsə, həmin insana fərqli nöqteyi-nəzərindən baxın. Onun şəxsi keyfiyyətləri, zəif tərəfləri və ortaq olduğunuz şeylər haqqında düşünün. Beləliklə, qısqanclığınız empatiya ilə əvəz olunacaq.

Yemək stresslə mübarizə aparmağın yolu kimi

Bir çox insan stresslə mübarizə aparmağın yolu kimi yeməyi seçir. Adətən belə hallarda təsəvvürümüzdə “bir vedrə” dondurma yeyən biri canlanır. Əslində, insanlar yalnız stress ilə deyil, eyni zamanda narahatlıq və cansıxıcılıqla belə mübarizə aparırlar. Yemək yeyəndə sakitləşirik. 

Duyğularımızla bu qədər bağlı olan vərdişi necə dəyişdirmək olar? Əvvəlcə problemi “yeməyə” çalışdığınız anı izləməlisiniz. Səbəbsiz yerə əlinizi yeməyə uzatdığınız anları telefonunuzda və ya qeyd dəftərinizdə qeyd edin. Davranışınızda hər hansısa qanunauyğunluq varmı? Darıxanda, üzüləndə və ya əsəbiləşəndə əlinizi yeməyə uzadırsınızmı? İstəyinizin səbəbini tapdıqda, özünüzü dayandırmağı öyrənəcəksiniz. 

Unutmayın ki, zərərli yeməklər insanda asılılıq yaradır. Şəkərli və yağlı yeməklər bizim beynimiz və bütövlükdə orqanizmimiz üçün faydalı və doydurucu deyil. Çalışın pəhrinizi yalnız faydalı ərzaqlardan təşkil edəsiniz. 

Çoxvəzifəlilik 

Yüzlərlə öhdəliyiniz olduqda, çoxvəzifəlilik zəruri olan bir pislik kimi görünür. Lakin keçirilən tədqiqatlar göstərir ki, bu bizim beynimizin işinə mənfi təsir göstərə bilər. Eyni vaxtda bir-biri ilə əlaqəli olmayan işləri yerinə yetirməyə çalışdığımız zaman beynimizi tükəndiririk. 

Buna yol verməmək üçün nəyi nə vaxt edəcəyinizi dəqiq müəyyənləşdirin. Bu və ya digər tapşırığın yerinə yetirilməsinə daha çox vaxt ayırın, fikrinizi yayındıra biləcək faktorları aradan qaldırmağa çalışın. 

Bütün bu vərdişlər ilk baxışdan zərərsiz görünə bilər. Lakin onlara tez-tez “təslim” olsanız, koqnitiv qabiliyyətinizə zərər dəyəcək. Beləliklə, növbəti dəfə özünüzdə bu vərdişlərdən birini aşkar etdikdə özünüzə sual verin: “Bu vərdişi faydalı biri ilə əvəz edə bilərəmmi?”. Beyniniz sizə təşəkkür edəcək. 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az