Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Avq
2019
13:58
1451

08
Avq
13:58



Yay aylarında diareya

Açar sözlər: yay mövsümü, diareya, qarşısının alınması.

Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır. Onlardan biri diareyadır.

Yay aylarında diareyanın səbəbləri. Xəstəliyin ortaya çıxmasına səbəb olan viruslar, bakteriyalar və parazitlərin nəm və artan temperaturda daha asan yayıla bilir. Həmçinin, qidaların uyğun şəraitdə saxlanılmaması, daha tez xarab olması, hovuz və dəniz suyunun içilməsi, qidaların lazımi qaydada təmizlənməməsi, ya da təmiz su ilə yuyulmaması kimi bir çox əlavə təsirlər də yayda ishalın olmasına səbəb yaradır.

Buna görə də, yay aylarında diqqətli olmaq və belə xoşagəlməz faktorların mümkün mənbələrindən qaçmaq lazımdır, xəstəliyin qarşısını ala bilmədikdə isə əziyyət çəkən orqanizmə vaxtında və düzgün şəkildə yardım göstərmək lazımdır.

Həkimə getməzdən öncə nə etmək olar?

İshalın səbəbindən asılı olmayaraq, ilk növbədə, müəyyən pəhriz saxlanılmalıdır. Çoxlu miqdarda maye içilməlidir, çünki ishal zamanı orqanizm çoxlu maye itirir. Mikrofloranı bərpa etmək üçün probiotiklərdən istifadə olunur, çünki ishal zamanı bağırsaqların mikroflorası pozulur. Faydalı bakteriyaların (probiotiklərin) istifadəsi ishalın kəskinliyini və onun davametmə müddətini azaldır. Reseptsiz buraxılan diareyaəleyhinə dərman vasitələrinin həddən ziyadə istifadəsindən qaçmaq lazımdır. Nəzərə alın ki, diareya varsa bu o deməkdir ki, nəcis irfazının tezləşməsi yolu ilə orqanızm onu yarada biləcək səbəbləri (virus, köhnə qida və s.) xaric etməyə çalışır. Qəbul edilən diareyaəleyhinə dərman maddələri isə bu prosesi ləngidir.

İshalın qarşısını almaq mümkündürmü?

1.Yeməkdən əvvəl əllər mütləq yuyulmalıdır.

2.Uşaqların bezləri dəyişdirildikdən və ya tualetdən sonra əllər mütləq yuyulmalıdır.

3.Meyvə-tərəvəzlər təmiz su ilə yuyulmalıdır.

4.Günəş altında satılan və son istifadə tarixi keçmiş olan qidalardan qətiyyən istifadə etmək olmaz.

5.Təhlükəsizliyindən və təmizliyindən əmin olmadığınız qida məhsullarını yeməyin və suyu içməyin.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az