Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Avq
2019
21:17
264



Yerli kişmişi üzüm sortlarının dequstasiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında yerli üzüm sortlarının dequstasiyası keçirilib.

Nazirlikdən XeberOxu.az-a bildirilib ki, dequstasiya prosesində son illər üzərində elmi-seleksiya işləri aparılan sortların dad, əmtəə görünüşü kimi keyfiyyət göstəricilərinə baxış keçirilib, onlardan alınan şərabların xüsusiyyətləri qiymətləndirilib.

Dequstasiyada məqsəd irigiləliyə görə yaxşılaşdırılma proqramına cəlb olunmuş yerli kişmişi və aztoxumlu süfrə üzüm sortlarının müsbət tərəflərinin fermer və istehsalçılara çatdırılmasıdır. İnstitutun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov bildirib ki, yerli sortların genefondunun qorunması və daha da zənginləşdirilməsi istiqamətində ampeloqrafik tədqiqatlar aparılır. Azərbaycanda vaxtilə 600-ə yaxın üzüm sortları əkilib-becərilib. Onlardan 400-ə qədərini yerli üzüm sortları təşkil edir.

“Dünyanın ən yüksək məhsuldar, keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, ən qiymətli süfrə, texniki və kişmişi üzüm sortları məhz bizim ölkəmizdə bitir. Onlardan məhsuldarlığı, öz dadı, keyfiyyəti, rəngi, istifadə istiqaməti ilə fərqlənən Ağ və Qara şanılar, Təbrizi, Bayanşirə, Mədrəsə, Ağ Xəlili, Sarıgilə, Şirvanşahı, Həməşərə, Xindoqnı, Hüseyni, Nəqşəbi, Misqalı, Şamaxı mərəndisi, Qara və Ağ Aldərələr, Ağ kişmişi, Ağ oval kişmişi, Çəhrayı kişmişi və s. çoxsaylı digər sortları göstərə bilərik. Ancaq bu sortların içərisində elələri var ki, onlar dünyada da nadir sortlardır. Məsələn, yerli Şirvanşahı sortunun gilələrində tam yetişmə zamanı 27-33 q/100 sm3 şəkərlilik toplanır. Bayanşirə sortu isə dünyada ən yüksək məhsuldar sortlardan biri hesab olunur. Belə ki, formasından asılı olaraq bir tənəyin məhsulu orta hesabla 12-20 kiloqrama çatır ki, bu da hektardan 35-45 ton üzüm məhsulu deməkdir”, - deyə Vüqar Səlimov vurğulayıb.

Hazırda institut əməkdaşları tərəfindən üzüm sortlarınının xarici sortlarla müqayisədə çatışmayan əlamətlərinin aşkarlanması, rəqabətə davamlılığını yüksəltməyə yönəlmiş seleksiya işləri aparılır. Sortlarda müasir tələbatlarla uzlaşmayan əlamətlərin yaxşılaşdırılmasına yönəlmiş seleksiya proqramlarının həyata keçirilməsi təmin olunmaqdadır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az