Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Avq
2019
11:56
1017

10
Avq
11:56



Qazax Sement Zavodu MMC Qurban bayramı münasibətilə tədbirlər keçirib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları ilə Respublikanın regionlarında qurulmuş müasir sənaye müəssisələri öz fəaliyyətlərini daim genişləndirir, istehsal olunan məhsullar daxili bazarda və ixracda böyük uğurlar qazanır.

9 avqust 2019-cu il tarixində Qazax Sement Zavodu ərazisində zavod əməkdaşlarının iştirakı ilə bu ilin ilk 7 ayının yekunları və Qurban Bayramı münasibəti ilə geniş tədbir keçirildi. Tədbirdə yerli və alman mütəxəssislər zavodun 2019-cu ildə satış, rebrendinq, sement, beton, qum-çınqıl istehsalı sahəsində əldə etdiyi uğurlar, Respublikada ilk dəfə istifadəyə verilmiş mobil beton laboratoriya və beton leqo blokların istehsalına başlaması barədə məlumat verdilər. Qeyd edildi ki, zavodda aparılmış islahatlar və istehsalata yönəldilmiş investisiya nəticəsində zavoda yeni avadanlıqlar quraşdırılaraq istehsal gücü artırılmış, qaz və işıq sərfiyyatı azaldılaraq Avropa ölkələrinin sement zavodlarının sərfiyyatlarına uyğunlaşdırılmışdır.

2019-cu ilin İyul ayında 2018-ci ilin orta göstəriciləri ilə müqayisədə klinker istehsalı 7.5 %, sement istehsalı 25 % artaraq Qazax Sement Zavodunun tarixində ən yüksək nəticə əldə olunmuşdur.

Qazax Sement Zavodu MMC regionun sosial – iqtisadi inkişafına da daim öz dəstəyini göstərməkdədir. Belə ki, Tovuz rayonunda inşa olunan ABAD layihəsi çərçivəsində Qazax Sement Zavodu MMC-nin sponsorluğu ilə “Bitkilərin qurudulması və emalı müəssisəsi” tam inşa edilərək bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Zavod Azərbaycan Güləş Federasiyası ilə sponsorluq müqaviləsi bağlayaraq,Tovuz Güləş klubunun maddi – texniki təchizatını da həyata keçirmişdir. Zavodun həyata keçirdiyi digər bir layihə çərçivəsində regionda yaşayan orta təhsilli gənclər təcrübə proqramı çərçivəsində zavodda işlə təmin edilmişdir. Bundan əlavə ilin sonunadək zavoda yaxın kəndlərdə uşaq bağçalarının tikintisi və əsaslı təmiri də planlaşdırılır.

Qazax Sement Zavodu MMC yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, regionda keçirilən sosial və digər yönümlü tədbirlərdə fəal iştirak edir.

Qurban Bayramı münasibətilə zavod tərəfindən Qazax rayonunun sərhədyanı kəndlərində yaşayan şəhid ailələrinə, aprel döyüşlərində həlak olmuş şəhidlərin ailələrinə və aztəminatl ailələrə bayram payları da verilmişdir.

Qazax Sement Zavodu MMC haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz. www.qazaxsement.com

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Mədət Quliyev generalı özünə müşavir təyin etdi







Moldova Bakıdakı səfirini geri çağırdı







Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək







Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az