11 Avq 2019
23:08
![]() |
11
Avq 23:08
![]() Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış ediblər Slovakiyada yeniyetmələrin və gənclərin şahmat üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan Şahmat Federasiyasından XeberOxu.az-a bildiriblər ki, gənc şahmatçılarımız qitə çempionatında yüksək nəticə göstəriblər. Çempionatda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan şahmatçılarımız komanda hesabında Rusiyadan sonra ikinci olublar. Səkkiz yaşlı qızların turnirində Dinarə Hüseynova və 14 yaşlı qızların yarışında Ayan Allaverdiyeva Avropa çempionatının qızıl medalını qazanıblar. Ayan keçən il də bu yaşda Avropa çempionu olub. Səkkiz yaşlı qızların yarışında digər təmsilçimiz Səadət Bəşirli gümüş medal qazanıb. Digər iki şahmatçımız - Yusif Kərimli (8 yaşlı oğlanların yarışında) və 8 yaşlıların son Avropa çempionu Cahandar Azadəliyev (10 yaşlı oğlanlar arasında) isə yarışı üçüncü pillədə başa vurublar. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Mədət Quliyev generalı özünə müşavir təyin etdi
Moldova Bakıdakı səfirini geri çağırdı
Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək
Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |