11 Avq 2019
23:24
![]() |
11
Avq 23:24
![]() Avazda Xəzərdə ticari-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanılıb Avazda Xəzər İqtisadi Forumunun tədbirləri çərçivəsində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan iqtisadiyyatları üzrə səlahiyyətli qurumların rəhbərlərinin iclası keçirilib. Bu barədə XeberOxu.az-a Türkmənistan hökumətinə istinadən məlumat verir. Nəticədə Xəzəryanı ölkələrin hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb. Qeyd edək ki, Avaza Milli Turizm Bölgəsində (Türkmənbaşı şəhəri, Türkmənistan) keçirilən Birinci Xəzər İqtisadi Forumu 11-12 avqust tarixlərində keçirilir. Forumun gündəliyinə iri layihələr üçün şərait yaradılması, Xəzəryanı regionun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı ölkələrin iqtisadiyyatlarının digər sahələrində investisiya cəlbediciliyi barədə müzakirələr daxildir. Tədbirdə ortaq investisiya layihələri və proqramlarının perspektivləri müzakirə ediləcək. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO
Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video
|