12 Avq 2019
08:00
![]() |
12
Avq 08:00
![]() Gənc güləşçilər arasında dünya çempionatında beş idmançımız mübarizə aparacaq Avqustun 12-də Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı start götürəcək. Azərbaycan Güləş Federasiyasından XeberOxu.az-a verilən məlumata görə, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kiloqramda çıxış edən sərbəst güləşçilər mübarizə aparacaqlar. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Təsnifat mərhələsində Mahir Məmmədzadə (57 kq) Toşiya Abe (Yaponiya), Turan Bayramov (65 kq) Amiran Vaxtanqaşvili (Gürcüstan), Əşrəf Aşırov (70 kq) Raul Zərbəliyev (İsrail), Abubakr Abakarov (79 kq) Aaron Markel Bruks (ABŞ) Temraz İsmayılov (97 kq) Akaş Antillə (Hindistan) güclərini sınayacaqlar. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Mədət Quliyev generalı özünə müşavir təyin etdi
Moldova Bakıdakı səfirini geri çağırdı
Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək
Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |