13 Avq 2019
07:00
![]() |
13
Avq 07:00
![]() Feysbukda status yazdı, həbs olundu ABŞ-ın Florida ştatında Feysbuk sosial şəbəkəsində status yazan 26 yaşlı Riçard Kleyton həbs edilib. XeberOxu.az xəbər verir ki, buna səbəb gəncin yazdığı statusda "Walmart" mağazasını atəşə tutacağı ilə bağlı hədə-qorxu gəlməsi olub. "Üç gündən sonra mən "AR-15"mi (yarım avtomatik tüfəng - red.) geri alacağam. Gələn həftə "Walmart"a getməyin", - Kleyton yazıb. Həmin statusdan sonra 26 yaşlı gənc ştat, Federal Təhqiqat Bürosu (FBI) və yaşadığı Vinter şəhər polislərinin birgə əməliyyatı nəticəsində həbs olunub. Müstəntiqlər hesab edir ki, Kleyton ekstremizmin tərəfdarı olub və dəfələrlə müxtəlif saxta hesablar vasitəsi ilə hədə-qorxu məzmunlu statuslar paylaşıb. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Yevda Abramovun dəfn mərasimi niyə gecikir?
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı
Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |