Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
13:39
807

14
Avq
13:39



Bu abituriyentlər üçün ərizə qəbulu sistemi yenidən aktiv edilib

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki aylarda aparılan elektron qeydiyyatdan keçməyən abituriyentlər üçün ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən XeberOxu.az-a verilən məlumata görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu iki dəfə – 2019-cu il martın 15-dən aprelin 15-dək və mayın 30-dan iyunun 12-dək aparılmışdır. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsində) iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər 19 avqust saat 23.59-dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.

Yuxarıda göstərilən tarixlərdə hər hansı bir ixtisas qrupu üzrə elektron ərizəsini təsdiq etmiş, lakin kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçməyən abituriyentlər də elektron ərizələrinə daxil olmaqla müvafiq bəndi seçib qeydiyyatdan keçə bilərlər (müsabiqə şərtlərini ödədikləri halda).

Xatırladaq ki, 11 illik təhsil bazasında kolleclərin ixtisas seçiminə ümumi balı 50‑dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 15-19 avqust tarixlərində aparılacaq.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az