![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
03 Yan 2022
21:45
![]() |
03
Yan 21:45
Azərbaycanda deputat karantin qaydalarını pozdu - FOTO Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozub. oxu.az-ın məlumatına görə, deputat Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydaları kobud şəkildə pozaraq, İmişli rayonunda təşkil olunan yas mərasimlərində iştirak edib. Belə ki, deputat bir neçə yas mərasiminə qatıldığını özünün sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, açıq və qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağandır. Xatırladaq ki, Milli Məclisin sonuncu plenar iclaslarından birində (14 dekabr) R.Nurullayev çıxışı zamanı yas mərasimlərinin keçirilməsinə icazə verilməsini istəyib: “Mənə müraciət edən onlarla din xadimləri adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyirəm”. Yəni, bu çıxış onu göstərir ki, deputat yas mərasimləri ilə bağlı qadağadan, yumşaq desək, xəbərdardır.
Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|
|