AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



20 May
2019
05:00
408



Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir - Yana Batırşina

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir.

Xeberoxu.az bildirir ki,bunu Trend-ə Rusiyanın əməkdar idman ustası, müxtəlif beynəlxalq idman yarışlarının qalibi, Olimpiya Oyunlarının gümüş mükafatçısı Yana Batırşina deyib.

Y.Batırşina bildirib: "Biz hamımız Azərbaycan Gimnastika Federasiyasının prezidentinin kim olduğunu bilirik - bu, Birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyevadır. Əlbəttə, bunların hamısı onun sayəsindədir, bunlar hamısı onun böyük xidmətidir. Mehriban Əliyevanın gimnastikanı necə sevdiyi, nə qədər güc və ruhunu qoyduğu görünür və bu işin nəticələri göz qabağındadır".

Əməkdar idman ustası qeyd edib ki, Azərbaycanda bədii gimnastika böyük addımlarla inkişaf edir.

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının yekunlaşması haqqında danışan Y.Batırşina yarışların təşklilinin yüksək səviyyəsini və həm gimnastlar, həm də tamaşaçılar üçün yaradılan yaxşı şəraiti xüsusi qeyd edib.

Olimpiya Oyunlarının gümüş mükafatçısı həmçinin Azərbaycan gimnastlarının ustalığını dəyərləndirib. Onun fikrincə, ölkənin gənclərdən ibarət yığması əsas heyətin layiqli əvəzidir.

Bundan əlavə, Y.Batırşina azərbaycanlı gimnast Zəhra Ağamirovanın çıxışını da xüsusi qeyd edib: "Zəhra Ağamirova çox güclüdür, mən onun bəzi çıxışlarına, məsələn, topla çıxışına vurğunam".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?







Bakıda bir gecədə iki qadını maşın vurdu







XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?







Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az