Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Avq
2019
13:05
2883

03
Avq
13:05



Sabahın hava proqnozu açıqlanıb

Avqustun 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XeberOxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək, mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz isə 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz olacaq, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında







Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə







“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”







Deputat oğlunun həbs müddəti uzadıldı


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az