Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Avq
2019
13:28
1545

10
Avq
13:28




Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayram günlərində gözlənilən hava şəraitini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən XeberOxu.az-a verilən məlumata görə, avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Avqustun 11-də güclü şimal-qərb küləyinin axşam bir qədər mülayimləşəcəyi gözlənilir. Küləyin sürəti 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək. Sonrakı günlərdə şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq, 3-8 m/s, arabir 10-12 m/s. Havanın temperaturu avqustun 11-də bir qədər sərin, gecə 20-23 isti, gündüz 24-27 isti, sonrakı günlərdə 28-31 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Avqustun 11-də arabir güclənən şimal-qərb küləyi sonrakı günlərdə zəif şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək, sonrakı iki gündə mülayim şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti, bayram günlərində 25 dərəcəyədək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında avqustun 11-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 12-13-də gündüz saatlarında hava əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi 11-də ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18, 11-də gündüz 22-27 dərəcə isti, sonrakı günlərdə 30 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin avqustun 11-də səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında avqsutun 11-i və 13-də səhər və gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Avqustun 11-də arabir güclənən şərq küləyi sonrakı günlərdə zəifləyəcək. Havanın temperaturu gecə 19-22, gündüz 25-30, sonrakı günlərdə 33 dərəcəyədək isti, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az