Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
16:17
663

14
Avq
16:17




Arxeoloqlar Narın-Qalada qədim yaşayış məskəni tapıblar

Rusiya Elmlər Akademiyasının Dağıstan Milli Mərkəzinin arxeoloq və etnoqrafları Dərbənddəki məşhur Narın-Qalada günümüzədək yaxşı vəziyyətdə çatmış və içərisində təsərrüfat inventarı olan qədim yaşayış məskəni tapıblar.

XeberOxu.az xəbər verir ki,bu barədə arxeoloji ekspedisiyanın rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, qazıntılar zamanı bütöv halda qalmış keramik qablar, o cümlədən çox gözəl yemək otağı üçün çini qablar aşkar edilib. Bundan başqa, yandırılmış tirlər və yanğın izləri də tapılıb. Arxeoloq qeyd edib ki, bu, insanların yaşayış məskəninin təcili tərk etdiklərini göstərir. Bunun isə tarixi-hərbi əməliyyatlara bağlı olduğunu ehtimal etmək olar. Yaşayış məskəninin V əsrdə bu ərazidə İrana qarşı baş vermiş üsyan zamanı xaraba qoyulduğu güman edilir.

M. Hacıyev bildirib ki, ən maraqlı tapıntı Şərqdə "hum" adlandırılan böyük təsərrüfat qabıdır. Məlum olub ki, torpağın altında olduğu 1,5 min il ərzində onun ağzı açılmayıb. Arxeoloq əlavə edib ki, tapılan yaşayış məskəni I-V əsrlərə aiddir və Dərbənddə ən qədim Narın-Qalanını tikintisindən əvvəl mövcud olub. Bu yaşayış məskəni qədim yazılı mənbələrdə "Çor" adlanır (farscadan tərcümədə darısqal yer deməkdir) və buradan yollar Xəzər dənizinin sahilinə aparır. Onun sözlərinə görə, qədim Çorun ərazisində dulusçuluq, dəmirçilik və digər sənətlər inkişaf edib. Burada aşkar edilmiş V əsrə aid unikal dulusçu sobası da bunu təsdiq edir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az