Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Avq
2019
04:15
672

15
Avq
04:15




Təmiz balı saxtadan ayırmağın yolları

Bal 40-dan çox növü olan, bir sıra vitamin və minerallarla zəngin, çoxlu müalicəvi xüsusiyyətlərə malik qida məhsuludur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliklərin qarşısını alır.

Lakin təəssüf ki, süni şəkildə hazırlanan ballar da var. Mütəxəssislər bildirirlər ki, süni yolla hazırlanan bal şəkərli diabet riskini iki dəfə artırır. Bala qatılan şəkər və kimyəvi qatqılar orqanizmdən tam sorula bilmədiyi üçün bəzi xəstəlikləri kəskinləşdirməklə yanaşı, yan təsirlər də göstərir.

XeberOxu.az bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a deyib: "Saxta baldan istifadə zamanı yüksək təzyiq, sidik turşusunun artması zamanı yaranan xəstəliklər, böyrək, qaraciyər və öd kisəsi xəstəlikləri, həmçinin artıq molekulun kristalizə şəkildə bağırsağa düşməsi onun həll olunmasını ləngidir. Təmiz baldan istifadə edilməsi zamanı həzm prosesi daha yaxşı gedir".

Ona görə də bal alarkən onun təmiz olub-olmadığını öyrənmək üçün ilkin yoxlamalar aparmaq olar. Bal şəffaf rəngdə olur və özünəməxsus qoxuya malikdir. Hər hansı bitki iyini və kənar qoxunun gəlməsi onun tərkibində əlavə qatqıların olmasından xəbər verir. Digər bir üsul isə təbii balı suya qataraq yoxlamaqdır. Bu zaman bulanıq məhsul alınmırsa, deməli, balın tərkibində əlavələr var.

Həkim-fitoterapevt bildirib: "Bal orqanizm tərəfindən, o cümlədən dəridə tez sorulan qida məhsuludur. Balı dəri üzərinə çəkəndən bir neçə dəqiqə sonra yapışqanlıq qalmır, dəri tərəfindən tam olaraq sorulur. Kağızın üzərinə bir qədər bal sürtülür və kibrit vurularaq yandırılır. Alov bal olan hissəyə çatanda sönməlidir. Əgər sönmürsə və daha da güclənirsə, deməli, onun tərkibində saxarozanın miqdarı çoxdur".

Təbii balın tərkibi 21 faiz su, 7 faiz saxaroza, 72 faiz isə fruktoza və qlükozadan ibarət olmalıdır. Həmin rəqəmlərin fərqli olması balın keyfiyyətini şübhə altına alır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az