Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Avq
2019
05:15
594

15
Avq
05:15




Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi

Məsuliyyətli uşaq sərbəst şəkildə məktəb tapşırıqlarını yerinə yetirir, yuxudan vaxtında qalxır, şəxsi təmizliyinə fikir verir, valideynlərinin və başqalarının yardımına ehtiyac duymur. Uşaqda məsuliyyət əlamətləri valideynin qoyduğu məhdudiyyətlərə hörmətlə yanaşmaq və onlara əməl etmək, öz problemlərini sərbəst həll etmək gücünə malik olmaq, iş görərkən dəlillərə əsaslanmaq, səhvi etiraf etmək, uğursuzluq zamanı başqalarını günahlandırmamaq, verdiyi sözə əməl etmək, bacardığı qədər ictimai qaydaları pozmamaq kimi keyfiyyətlərlə müəyyənləşdirilir.

XeberOxu.az bildirir ki, psixoloq Mehriban Heydərova uşaqlarda məsuliyyət hissinin formalaşması barədə danışarkən AZƏRTAC-a deyib: "Uşaqda məsuliyyət hissi 3-5 yaşlarından aşılanmalıdır. Ayaq açıb yeriməyə başlayan vaxtlarda onlarda iş və fəaliyyətə maraq yüksək olur, öhdələrinə məsuliyyət götürməkdən həzz alır, özlərini gərəkli sayır, müstəqil hiss edirlər. Bu məqsədlə 250 azyaşlı arasında aparılan araşdırma nəticəsində məlum olub ki, uşaqların 97 faizi ev işlərinə kömək etməyi sevir. Balacalar evdə öhdələrinə nə qədər erkən məsuliyyət götürərlərsə, bu, daha tez vərdiş halına keçir. Nəzərə almaq lazımdır ki, uşağın məsuliyyəti onun yaş və bacarığına uyğun olaraq artırıla bilər. Uşağı hazırlamadan üzərinə məsuliyyətli tapşırıq qoyulması onu ümidsizliyə düçar edir, özünə inam hissini zəiflədir. Bəzi halda uşağın yaşı münasib olsa da, o, məsuliyyəti qəbul etmək üçün lazımi gücə malik olmur. Uşaq bacardığı həddə "yüklənməlidir". Onların, xüsusilə yeniyetmələrin həddən artıq yüklənməsi onlarda yalançı bacarıq, uydurma özünüidarə hissinin yaranmasına səbəb olar və nəticədə onlarda bir sıra psixoloji problemlər meydana çıxar".

Psixoloq bu sahədə tərbiyəçilərin üzərinə düşən məsələlər barədə danışarkən bunları deyib: "Hər bir tapşırıq zamanı övladın yaşını və bacarığını diqqətə almaq lazımdır. Uşaqların məsuliyyətli olmasında örnəklər, xüsusilə ana və ata timsalı mühüm rol oynayır. Buna görə də gərək valideynlər atalıq-analıq məsuliyyətinə ciddi əməl etsinlər. Valideynlər uşaqlardan nə istədiyini aydın və qısa şəkildə izah etməlidir, "kömək eləsən, yaxşı olar", "mümkündür", "ola bilər", "edə bilərsən" və s. ifadələr işlətmək lazım deyil. Əgər o üzərinə qoyulmuş məsuliyyəti yerinə yetirməsə, beş dəqiqə sonra bir daha yadına salmaq və əgər yenə etməsə, həmin işi valideyn öz öhdəsinə götürə bilər. Valideyn mehribandırsa, övladın məntiqi istəklərinə müsbət cavab verirsə, uşaq peşmanlıq hissi keçirərək növbəti dəfə onun istəyinə müsbət cavab verəcək.

Məsuliyyət hissi yaratmaq üçün zor və təzyiqdən istifadə etmək olmaz, çünki bu, valideynlə övlad arasında konflikt və narazılıq yaradar, üstəlik həmin hissin yaranmasına mane olmaqla yanaşı onu tərsliyə sövq edər".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az