Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
15:44
549

16
Avq
15:44




Azərbaycanda 7 ay ərzində 27,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyul aylarında 27,3 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.

XeberOxu.az-ın məlumatına görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb.

Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 34 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, hazır metal məmulatlarının istehsalı 59,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 55,4 faiz, içkilərin istehsalı 52,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 40,9 faiz, mebel istehsalı 33,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, kağız və karton istehsalı 28,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 27,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4 faiz, tütün məmulatlarının istehsalı 25,1 faiz, qida məhsullarının istehsalı 18,3 faiz, poliqrafiya məhsullarının istehsalı 14,9 faiz, maşın və avadanlıqların istehsalı 13,6 faiz, tikinti materiallarının istehsalı 7,8 faiz, geyim istehsalı 5,6 faiz, neft məhsullarının istehsalı 1,4 faiz, əczaçılıq məhsullarının istehsalı 1,3 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 7,5 faiz, elektrik avadanlıqlarının istehsalı 7,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 28,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az