Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
17:23
1107

16
Avq
17:23




Rahidə Baxışovaya 35 min manat “atdılar”

Müğənni Rahidə Baxışovanın evində usta işləyən şəxs ona qarşı dələduzluq edib.

XeberOxu.az-ın “Report”a istinadən xəbərinə görə, bir neçə ay əvvəl müğənninin evində təmir işləri aparmağa söz verən usta ondan 35 min manat pul alıb. Lakin o, sonradan telefon zənglərinə cavab verməyib.

Müğənni ustadan polisə şikayət edib.

Rahidə Baxışova “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib:

“Hadisə 5 ay bundan əvvəl olub.  Həmin tikinti şirkətini bir müğənninin səhifəsində gördüm, reklam edirdi. Mən də evimi təmir etmək istəyirdim, onlarla razılaşdıq. Amma başıma bu hadisə gələndən sonra öyrəndim ki, şirkət bir çox insana qarşı bu əməli edib. Şirkətə 5 aydır ki, zəng edirəm. Bu gün-sabah deyib vaxtı uzadırlar. Demək olar ki, bir adam oturaraq şirkət qurub, bu cür işlərlə məşğul olur. Heç kəs pulu havadan qazanmır. Mən uşaqlarımın boğazından kəsib evimi təmir etmək istəyirdim. Bu mövzunu çox qabartmaq istəmirəm, Əgər belə bir niyyətim olsaydı, həmin şirkət barədə instaqram səhifəmdə paylaşım edərdim”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az