Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
17:55
513

16
Avq
17:55




"Azercell"in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda

Ölkənin telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC avqust ayının 15-də Cocuq Mərcanlıya səfər edib.

“Azercell Telekom”dan XeberOxu.Az-a verilən məlumata görə, sosial yönümlü layihələrin dəstəkçisi və təşəbbüskarı olan şirkət Cəbrayıl rayonu, Novruz Aslanov adına Cocuq Mərcanlı kəndi tam orta məktəbinin şagird və müəllimləri ilə görüşüb, onları məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırıb. Tədbir zamanı orta məktəbin direktoru Zamin Həziyev Azercell-in bu təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikaları da səfərə qoşulub. Klinikalar 60-dan çox Cocuq Mərcanlı sakinini müayinədən keçirib. Fəaliyyətləri boyunca Azercell-in klinikaları on minlərlə valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı ailələrə, yaşlılara və məcburi köçkünlərə tibbi yardım göstərib.

Qeyd edək ki, Cocuq Mərcanlı düşmən işğalından azad olunduqdan sonra Azercell bu ərazidə stansiya quran ilk operator olub. Cari ilin yanvar ayında bura səfər edən Azercell kənd sakinlərinə nömrələr və digər dəyərli hədiyyələr təqdim edib.

Yeni bağlantı erasında istifadəçilərin artan tələblərini qarşılamaq üçün Azercell 2018-2019-cu illərdə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Bu müddət ərzində ölkənin 60-a yaxın rayon və şəhərində 1007 yeni LTE stansiyası qurulub, ümumi stansiyaların sayı 7000-i ötüb. Azercell son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Bunun sayəsində şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb.

Şirkət analoji səfərlərini avqust ayı ərzində davam etdirəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az