17 Avq 2019
05:30
![]() |
17
Avq 05:30
![]() Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biridir. Bir neçə gündür ki, fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 15 min tondan çox fındıq tədarük olunması gözlənilir. XeberOxu.az xəbər verir ki, Rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatalada yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2018-ci ildə rayon ərazisində 1353,5 hektar, bu ilin yaz aylarında isə 255 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 760 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2017-ci illə müqayisədə 1 min 647 ton, 2016-cı illə müqayisədə isə 6 min 159 ton artıb. Hazırda Zaqatala bazarında fındığın bir kiloqramının qiyməti 3,2-3,5 manat arasında dəyişir. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
Mingəçevirdə iki minik maşını toqquşub-FOTO
Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb
Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/
|