Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
17:51
375

17
Avq
17:51




Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı, 99 ES 982 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində ölkə ərazisinə gömrük qaydalarının pozulması yolu ilə gətirilən mobil telefonların olması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən XeberOxu.Az-a verilən xəbərə görə, məlumat əsasında həmin avtomobil Tovuz rayonundakı Avtovağzal ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qutuda mobil telefonların olduğu müəyyən edilib. Qutuya ətraflı baxış keçirilməsi üçün avtomobil “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Yoxlama zamanı qutuda 25 ədəd “Samsung Galaxy A20”, 25 ədəd “Redmi Note 7”, 10 ədəd “Redmi 7”, 9 ədəd “Redmi 7A”, 3 ədəd “Redmi Note 6 Pro”, 6 ədəd “Mi 8 Lite”, 4 ədəd “Mi A2 Lite”, 8 ədəd “Mi Play” markalı, üzərində heç bir aksesuarı olmayan telefonlar, 35 ədəd mobil telefon qutusu, 15 ədəd USB, 15 ədəd qidalandırıcı başlıq və 10 ədəd qulaqcıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az