Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
21:37
570

17
Avq
21:37



“Netflix” Elvis Preslini casus obrazında təqdim edəcək

"Netflix" striminq servisi Elvis Presli haqqında "Agent King" adlı animasiya serialı çəkəcək.

XeberOxu.az AZƏRTAC-a istinadən bildirir ki, serial komediya janrında çəkiləcək. Elvis məxfi təşkilatda işləyən və şər qüvvələrlə mübarizə aparan casus obrazında təqdim olunacaq.

Serialın anonsu müğənninin vəfatının 42-ci ildönümünə həsr olunub. Ssenari müəllifi Mayk Arnold olacaq. Con Eddi və müğənninin keçmiş xanımı Pristsilla Presli həmmüəllif və icraçı prodüser qismində çıxış edəcəklər.

P.Preslinin sözlərinə görə, Elvis uşaqlıqda dünyanı xilas edən superqəhrəman olmağı arzulayıb və bu serial "həmin arzunu gerçəkləşdirəcək". P.Presli qeyd edib ki, "Netflix" və "Sony Animation" şirkətləri ilə çalışmaq Elvisi tamaşaçılara başqa obrazda təqdim etmək üçün əla fürsətdir.

Elvis Preslini "Rok-n-rol kralı" adlandırırlar. O, hitə çevrilmiş albomlarının sayına (97) görə Ginnesin Rekordlar Kitabına düşüb. Onun vallarının ümumi tirajı bir milyard nüsxəni ötüb. Müğənni 1977-ci il avqustun 16-da 42 yaşında ürək tutmasından vəfat edib. Onun ölümünün həqiqi səbəbini bəzən trankvilizator və narkotiklərdən sui-istifadə etməsi ilə əlaqələndirirlər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Xarici şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az