Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
08:30
588

19
Avq
08:30



Dünya çempionatının son günündə 1 gümüş, 1 bürünc medal

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona çatıb.

XeberOxu.az-ın məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Əsgər Əlizadə mundiala inamlı start verib. Mübarizəyə 1/8 finaldan qoşulan yığmamızın üzvü koreyalı həmkarına heç bir şans tanımayıb. Ancaq 1/4 finalda böyüklər arasında son Avropa çempionatında bürünc medal qazanmış Türkiyə pəhləvanına yenilib. Rəqib finala yüksəldiyi üçün Əsgər avqustun 18-də təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Həlledici görüşdə Qırğızıstan idmançısını da tam üstünlüklə məğlub edən Əlizadə dünya üçüncüsü olub.

Adəm Hacızadə debütdə Səudiyyə Ərəbistanı təmsilçisini çətinlik çəkmədən ilk hissədə tam üstünlüklə məğlub edib. Ancaq daha sonra Finlandiya idmançısıyla bacarmayıb.

Ülvi Qənizadə ilk mərhələdə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Gənclər arasında Avropa çempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb. Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb. 
Həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisiylə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqib qalib gəlib və Qənizadə gümüş medalı boynundan asıb.

Xəyal Mehtiyev debütdə ukraynalı rəqibinə uduzub.

60 kq
1/8 final - Əsgər Əlizadə - Qunvoo Park (KOR) 9:0
1/4 final - Əsgər Əlizadə - Kərəm Kamal (TUR) 6:14
Təsəlliverici görüş - Əsgər Əlizadə - Murtada Nana (ALG) 8:0
Bürünc medal görüşü - Əsgər Əlizadə - Talastan Xanjarbek Ulu (KGZ) 11:2

67 kq
1/16 final - Adəm Hacızadə - Əhməd Fevzi Barahman (KSA) 9:0
1/8 final - Adəm Hacızadə - Elmer Xoakim Mattila (FİN) 4:8

72 kq
Təsnifat - Ülvi Qənizadə - Samvel Qriqoryan (ARM) 5:2
1/8 final - Ülvi Qənizadə - Gergeli Bak (HUN) 9:0
1/4 final - Ülvi Qənizadə - Məhəmmədrza Mahmud Rüstəmi (İRİ) 2:1
1/2 final - Ülvi Qənizadə - İsmayıl Gün (TUR) 4:1
FİNAL - Ülvi Qənizadə - Sergey Stepanov (RUS) 1:3

97 kq
Təsnifat - Xəyal Mehtiyev - Aleksandr Yevdokimov (UKR) 3:6

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında







Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə







“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”







Deputat oğlunun həbs müddəti uzadıldı


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az