Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
10:48
324

19
Avq
10:48




Metroda həyəcanlı anlar: Anasından şiddət görən qız polisə sığındı

Səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib.

XeberOxu.Az xəbər verir ki, uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib.

Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı saytımıza təsdiqləyib.

Onun sözlərinə görə, polis hazırda həmin azyaşlının valideynlərini axtarır:

"9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq evdən qaçdığını deyib. O, iddia edir ki, ailəsi rayondan Bakıya yeni köçüb. Qız Bakıda yaşamaq istəmədiyi üçün evdən qaçıb.

Hazırda polis əməkdaşları onun valideynləri ilə əlaqə yaratmağa çalışır".


Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az