CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
11:55
228

19
Avq
11:55



Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər

Qida rasionumuza daxil olan qazlı suyun sağlamlığa necə təsir göstərdiyi təəssüf ki, çox vaxt diqqətdən kənarda qalır. Mütəxəssislər gündə 1 şüşə qazlı su içilməsinin xüsusilə uşaqların yaddaşının pisləşməsinə aparıb çıxardığına səbəb olduğunu söyləyirlər. Ona görə də həkimlər uşaq yaşlarında şirin qazlı sulardan istifadə edilməsini minimuma endirməyi məsləhət görürlər.

XeberOxu.az xəbər verir ki,  Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: “Yay aylarında günün isti saatlarında çox soyuq qazlı su içilməsi mədə-bağırsaq sisteminə olduqca mənfi təsir göstərir, çünki onun tərkibində qaz çox olduğuna görə orqanizmə daxil olaraq mədə və bağırsaqda köp yaranmasına səbəb olur”.

Aparılan laborator araşdırmaları göstərir ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur. Hətta bir qədər artıq istifadə edilməsi insulta səbəb ola bilər. Üstəlik qazlı su şəkərli diabet xəstələrində şəkərin miqdarının artmasına səbəb olan içkidir və bu xəstəlikdən əziyyət çəkənlərə qadağan edilir.

Qida təhlükəsizliyi mütəxəssisləri şüşə qablarda olan su və su məhsullarının alınmasını məsləhət görürlər. Uzun müddət günəş şüaları altında qalan xüsusilə plastik qablarda olan su və su məhsulları istinin təsiri altında miqrasiya edərək tərkibində olan kimyəvi elementləri suya keçirir və bu, orqanizmə mənfi təsir göstərir.

Orqanizmin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi suyun qəbul edilməsidir. Gün ərzində orqanizmin tələbat duyduğu qədər rəngsiz və qatqısız su içilməsi sağlamlıq baxımından daha vacibdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu rayonların qaz təchizatında fasilə yaranacaq







Maqnit qasırğası xəbərdarlığı







Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb







Bakı polisi təlimlərə cəlb olunur


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az