Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
14:21
1332

19
Avq
14:21



Netanyahunun həyat yoldaşı təyyarədə qalmaqal yaratdı

İsrailin Baş naziri Binyamin Netanyahunu səfər zamanı müşayiət edən xanımı Sara Netanyahu laynerə daxil olarkən onu layiqincə qarşılamadığı üçün təyyarə komandirini danlayıb.

XeberOxu.az-ın "Vesti İzrail" xəbər verir ki, qalmaqal avqustun 19-na keçən gecə B.Netanyahunun Kiyevə uçduğu "El-Al" təyyarəsində yaşanıb.

S.Netanyahu qəzəblə yerindən qalxaraq pilot kabinəsinə yollanıb, lakin onu içəri buraxmayıblar. Bu, Baş nazirin xanımını daha da hiddətləndirib. Nəticədə komandir Netanyahu cütlüyünü göyərtədə, Kiyevə enişdən 45 dəqiqə öncə yenidən salamlayıb.

Əslində layneriin komandiri S.Netanyahunu uçuşdan öncə də salamlayıb, lakin çox güman ki, o bunu eşitməyib və nəticədə insident yaranıb. İkinci dəfə Baş nazirin yoldaşının adı xüsusi vurğulanıb:

"Hökumət başçısına və onun xanımı Sara Netanyahuya uğurlu səfər arzulayırıq".

Hökumət başçısının dəftərxanasında məhz B.Netanyahunun mühafizəçilərinin pilot kabinəsinə yolu bağladıqları inkar edilir. Qeyd olunub ki, söhbət dərhal həll edilən anlaşılmazlıqdan gedir, hadisədən sonra uçuş adi rejimdə davam edib.

"El-Al"dan məsələyə münasibət bildirərək deyiblər ki, Netanyahu cütlüyü daimi olaraq bu aviaşirkətin xidmətlərindən istifadə edir:

"Kiyevə uçuş zamanı Baş naziri və onun xanımını bizim təyyarəmizdə görməyə şad olduq".

Lakin iş bununla bitməyib. Netanyahu ailəsi Kiyevdə təyyarədən enərkən ənənəvi Ukrayna geyimində olan üç qız onları duz-çörəklə qarşılayaraq salamlayıb. Bu mərasimdən anlayışı olan ölkə başçısı çörəkdən bir tikə qoparıb və duza batıraraq dişləyib. Dilimi yoldaşı Saraya uzatdıqda isə xanım onu yerə atıb.

Xatırladaq ki, bu, Binyamin Netanyahunun Kiyevə son 20 il ərzində ilk səfəridir.

 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.