Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
14:50
312

19
Avq
14:50




Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA

Evlənməmişdən qabaq cütlüklərin tibbi müayinədən keçməsi vacib şərtlərdən biridir. Müayinəni vacib edən məqam gələcəkdə cütlükdə  və dünyaya gələcək uşaqda hər hansı problemin yaranmaması ilə bağlıdır.

Maraqlıdır, tibbi müayinədən keçən gənclərdə hansı xəstəliklər aşkarlanır, cütlüklər daha çox hansı xəstəliyin daşıyıcısıdır?

XeberOxu.az xəbər verir ki, bu barədə modern.az-a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva danışıb.
 
Zöhrə Əlimirzəyeva deyir ki, əvvələr nikah öncəsi müayinədən keçmək könüllü idisə, indi məcburi hal daşıyır.

"2015-ci ildən Azərbaycanda nikahdan qabaq müayinələrin aparılmasına başlanılıb. Əvvələr bu proses könüllü idi sonralar icbari xarakter daşımağa başladı.  Azərbaycan talassemiya xəstəliyinin çox yayıldığı ölkələr sırasındadır. Nikahdan qabaq bu proqramın həyat keçirilməsində məqsəd həmin xəstəliyin cütlüklərdə əvvəlcədən aşkarlanmasıdır. Hazırda ölkədə bir milyondan çox talassemiya daşıyıcısı var. Daşıyıcı praktik cəhətdən sağlam insandır. Yəni müayinə olunmayacağı təqdirdə onda bu daşıyıcılığın olması bilinmir. Lakin iki talassemiya daşıyıcısı olan insan evlənərsə o zaman həmin şəxslərin övladlarının xəstə doğulması ehtimalı yüksək olur".
 
Zöhrə Əlimirzəyeva bildirir ki, indiyədək 600 mindən çox insan müayinədən keçib  ki, onlardan da  20 mininin daşıyıcı olduğu aşkarlanıb. 

"225 cütlüyün hər ikisində talasimiya daşıyıcılığının olduğu aşkarlanıb. Həmin cütlüklər də hamiləliyin 12, 18-ci həftələrində bizə müraciət edirlər və molekulyar genetiki müayinə aparılır. Daha sonra qadından dölyanı maye götürülür və uşağın genotipi müəyyən olunur ki, uşaq xəstədir  ya yox. İndiyədək aparılan müayinələrdə 30 uşağın sağlam olduğu, 30 uşaqda xəstəlik, 69 uşaqda daşıyıcılığın olduğu  aşkarlanıb. Keçən ay 14 min 303 nəfər müayinə olunub ki, onların 4 min 141-i talasimiya daşıyıcısı, 61- nin "siflis", 15 nəfərinin isə "QİÇS" olduğu öyrənilib. Həmin şəxslər təkrar dəvət olunaraq müayinə olunur və məsləhət verilir ki, ailə qurduqdan sonra hansı qaydalara əməl etmələri lazımdır".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az