Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
16:28
552

19
Avq
16:28




Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər

Çörək qida rasionumuzda əsas yer tutan qida məhsuludur. Odur ki, onun istehsalı və saxlanma qaydaları ilə bağlı bəzi məqamlara diqqət yetirmək vacibdir. Digər qida məhsullarında olduğu kimi, temperatur, nəmlilik, mikroorqanizmlər, mal qonşuluğu prinsipinin pozulması çörəyin keyfiyyətinə mənfi təsir göstərir. Təkcə ərzaq mağazalarında deyil, müxtəlif iaşə obyektlərində - restoran və kafelərdə mal qonşuluğunun pozulması, sanitar-gigiyenik norma və qaydalara əməl edilməməsi çörəyin tərkibinə təsirsiz ötüşmür. İstehsalla yanaşı, məhsulun daşınması zamanı da sanitar qaydalara riayət olunmalıdır. Məsələn, çörək kəskin qoxulu məhsullarla birgə daşınmamalı, çiy məhsullarla təmasda olmamalı, təmiz şəraitdə saxlanılmalıdır və s.

XeberOxu.az xəbər verir ki,  Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a ünvanlanan maarifləndirici materialda məlumat verilir ki, əsasən buğda və çovdar unundan hazırlanan çörəyin dünyada xeyli növü var. Həmin un məmulatı xəmirin hazırlanması və formasına görə də müxtəlif növlərə bölünür.

Azərbaycanda və dünyanın əksər ölkələrində ən çox yayılan birinci və ikinci növ buğda unundan hazırlanan çörəklərdir. Onun keyfiyyətinə gəlincə, məhsulun içi tam bişməli və xəmir halında olmamalıdır. Əgər üzərinə barmaqla basdıqda nəm və əldə yapışqanlıq hiss edilirsə, deməli, məhsulun keyfiyyətində problem var. Çörəyin üzərinə yüngül toxunub buraxdıqda o öz əvvəlki formasına qayıtmalı, yumşaq olmalı və öz-özünə ovxalanmamalıdır.

Gün ərzində yeyiləcək çörəyin təzə qalması üçün qapaqlı qabda, sərin, qaranlıq və quru şəraitdə saxlanılmalıdır. İstər satış şəbəkələrində, istərsə də evdə çörəyin saxlanıldığı yer daim təmiz olmalıdır. Əks halda nəmlik çörəyin kiflənməsinə səbəb ola bilər. Çörək sellofan torbada saxlanılırsa və buxarlanmadan qaynaqlanan damcılar yaranırsa, mütləq oradan çıxarılmalıdır.

Bu qida məhsulu yalnız normativ-texniki sənədlərdə öz əksini tapan müddətədək satışa çıxarıla bilər. Buğda unundan hazırlanan çörəyin istifadə müddəti 24, çovdar unundan hazırlananların yararlıq müddəti isə 36 saatdan çoх olmamalıdır. Çörəyin istifadə müddəti sobadan çıxarıldığı vaxtdan hesablanır.

Çörək ticarət şəbəkələri və evlərdə rütubətli yerlərdə, kəskin iyli məhsullarla birgə saxlanılmamalıdır. Buna misal olaraq ətriyyatları, balıq və balıq məhsullarını, tütün məmulatlarını, sabunu qeyd etmək olar. Mütəxəssislər bildirirlər ki, çörək çox saxlanıldıqda tərkibində mikroorqanizmlərin inkişafı başlayır. Bakteriyalar vasitəsilə çörəkdə kartof xəstəliyi və kartof çöpləri yaranır. Belə olduqda həmin çörəklər yararsız hesab olunur və ondan istifadə etmək olmaz. Ticarət şəbəkələrində çörək havalandırma sistemi olan otaqlarda, təmiz, quru yerdə 20-25 dərəcədən yuxarı olmayan temperaturda saxlanılmalıdır. İstifadə müddəti bitdikdə, saxlama qaydalarına əməl olunmadıqda çörəkdə çəhrayı, qara, yaşıl, ağ və boz kif göbələkləri əmələ gəlir və bu, insan orqanizmi üçün çox təhlükəlidir.


 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az