Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
17:41
300

19
Avq
17:41




AQTA-dan sahibkarlara çağırış - Yeni layihəyə start verilir

Gələcək nəsillərin sağlam böyüməsini, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən ən vacib amil onların düzgün qidalanması ilə bağlıdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən XeberOxu.Az-a verilən məlumata görə, uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə 2019-2020-ci tədris ilindən etibarən müvafiq qurumlar ilə birgə “Sağlamlıq üçün süd için” adlı yeni pilot layihəyə start verəcək.

Layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatların çatdırılması nəzərdə tutulmuşdur.

İlkin olaraq Siyəzən rayonunda yerləşən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək layihə, daha sonra respublikamızın digər bölgələrində də reallaşdırılacaq.

Pilot layihəyə hazırlıq tədbirləri zamanı AQTA mütəxəssisləri tərəfindən şagirdlərə və valideynlərə südün istehlak qaydaları ilə bağlı məlumatlar veriləcək, süd içməyin əhəmiyyəti barədə təlimlər keçiriləcəkdir.

Agentlik gələcək nəsillərin sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən layihədə könüllü iştirak etmək, təmənnasız dəstək göstərmək istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Ülvi amala xidmət edən “Sağlamlıq üçün süd için” adlı layihədə iştirak etmək istəyən sahibkarlar AQTA-nın Sahibkarlarla iş şöbəsinə müraciət edə bilərlər.

Əlaqə vasitələri: Tel.: (012) 377 00 77 (177), e-mail: info@afsa.gov.az


Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az