Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
04:00
327

20
Avq
04:00




Ağdamda qəzalı vəziyyətdə olan tarixi məscid bərpa edilir

Ağdam rayonunun Xındırıstan kəndində qəzalı vəziyyətdə olan tarixi məscid bərpa edilir.

XeberOxu.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir əsrdən çox yaşı olan məscid binasının dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri aparılıb. Məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə, həyətdə yas və ehsan mərasimləri üçün iki ədəd zal da inşa olunur. Məscidin ərazisində abadlıq işləri də aparılacaq. Təmir-bərpa və tikinti işlərinin bu il yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Xındırıstan məscidi 1907-ci ildə kənd sakini Hacı Cabbar bəy tərəfindən inşa olunub. Tikili əvvəlcə yaşayış üçün nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərdə Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az