Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
13:47
369

20
Avq
13:47



Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2)

Yasamal rayonunda İsmayıl bəy Qutqaşınlı küçəsi, 36 saylı binada yerləşən yaşayış binasında baş vermiş yanğında 17 sakin təxliyə olunub.

Bunu XeberOxu.Az-a  Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, artıq bina sakinləri öz mənzillərinə geri dönüblər:

"Yanğın səhər saat 10:57-də qeydə alınıb. Alov 16 mərtəbəli binanın 13-16-cı mərtəbələrində giriş bloklarındakı elektrik kabellərində qeydə alınıb. Hadisə yerinə cəlb olunan əməkdaşlarımız dərhal bina sakinlərini təxliyə edərək alovun qarşısını alıblar. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb".

Rəis müavini əlavə edib ki, digər aşağı mərtəbələrdə də qismən yanğın qeydə alınıb.

XXX

saat 12:10

Bakıda çoxmərtəbəli binada yanğının səbəbi məlum olub.

XeberOxu.az-ın  hadisə yerində olan əməkdaşı xəbər verir ki, ilkin məlumata görə, elektrik kabelləri bir-birinə dolaşaraq yanmağa başlayıb.

Yanğın 16 mərtəbəli binada baş verib və əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın artıq söndürülüb.

XXX

saat 11:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən  XeberOxu.Az-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az