Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Okt
2019
09:26
243

21
Okt
09:26



Azərbaycanda 9 ayda 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-sentyabr aylarında 34,7 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artıb.

XeberOxu.Az-ın  məlumatına görə, sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,2 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 29,3 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99,0 faiz, tütün məmulatlarının istehsalı 78,5 faiz, hazır metal məmulatlarının istehsalı 78,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 77,2 faiz, içkilərin istehsalı 40,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,1 faiz, kağız və karton istehsalı 25,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,6 faiz, qida məhsullarının istehsalı 15,1 faiz, əczaçılıq məhsullarının istehsalı 12,6 faiz, poliqrafiya məhsullarının istehsalı 11,8 faiz, geyim istehsalı 10,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb, neft məhsullarının istehsalı 1,0 faiz, elektrik avadanlıqlarının istehsalı 8,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az