Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Okt
2019
12:20
264

21
Okt
12:20



Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda səfərdə olan Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) Prezidenti Şauna Nunan ilə görüşüb.

Qonağı Bakıda görməkdən məmnunluğunu ifadə edən Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin fəaliyyətinin, Azərbaycanla, xüsusi ilə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığını yüksək qiymətləndirib. Rektor qeyd edib ki, Neft Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə “Regional Tələbə İnkişafı Sammiti” artıq bir neçə dəfədir ki, Bakı Ali Neft Məktəbində keçirilir. O eyni zamanda, bildirib ki, BANM-də də bir neçə il əvvəl Neft-Qaz Mühəndisləri Cəmiyyəti yaradılıb və hazırda uğurla fəaliyyət göstərir.

Bakı Ali Neft Məktəbinin fəaliyyəti barədə məlumat verən E.Qasımov BANM-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2011-ci ildə SOCAR-ın strukturunda yaradıldığını bildirib. O, Ali Məktəbdə ingilis dilində Böyük Britaniyanın Heriot Vatt Universitetinin proqramlarına uyğun tədris həyata keçirildiyini diqqətə çatdırıb. Rektor eyni zamanda məlumat verib ki, Cenevrə Biznes Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Biznesin İdarəedilməsi (Master of Business Administration) üzrə magistratura pilləsində kadr hazırlığı həyata keçirilir.

Son illər mühəndislik ixtisasları üzrə təhsil alanların sayının artığını vurğulayan rektor onların arasında qızların xüsusi çəkiyə malik olduğunu deyib.

Bütün dünya üzrə Neft Mühəndisləri Cəmiyyətinin üzvlərinin 17 faizinin qadın mühəndislər təşkil etdiyini bildirən xanım Nunan həmçinin qeyd edib ki, SPE-nin 62 il ərzində 5 qadın prezidenti olub.

O həmçinin, Neft Mühəndisləri Cəmiyyətinin regional sammitlərinin Bakıda yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

“Regional sammitlər bir çox ölkələrdən olan tələbələrin inteqrasiyası ilə yanaşı, onların gələcək karyeralarının inkişafı baxımından da önəmlidir. Müşahidələr göstərir ki, tələbələr beynəlxalq tədbirlərdə iştirak etdikdə onların bilikləri daha zənginləşir və faydalı təcrübələr əldə edirlər ” – deyə SPE prezidenti vurğulayıb.

Sonda Neft Mühəndisləri Cəmiyyətinin regional çempionatlarının Bakıda keçirilməsi qərara alınıb.

Məlumat üçün bildirək ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az